"Real Madrid"in hücumçusu və Fransa yığmasının kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə keçiriləcək oyunu buraxacaq.
Ucnoqta.az-ın məlumatına görə, AFP məşqçilər korpusuna istinadən xəbər verir.
Bildirilir ki, Mbappe oktyabrın 10-da Azərbaycanla ev oyununda aldığı sağ topuqdan zədələndiyi üçün oktyabrın 13-də keçiriləcək oyunda iştirak etməyəcək. O, oktyabrın 4-də İspaniya Premyer Liqasının səkkizinci turunun “Vilyarreal”la görüşündə də oxşar zədə alıb.