Texas ştatının Fort Uort şəhəri yaxınlığındakı hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.
Ucnoqta.az bildirir ki, FOX 4 News yerli yanğınsöndürmə idarəsinə istinadən xəbər verir.
Məlumata görə, insident "Hicks" hava limanı yaxınlığında, Tarrant qraflığında Business 287 magistralı yaxınlığında baş verib. Təyyarənin bir neçə yük maşınına çırpılması hadisə yerində böyük yanğına səbəb olub.
Kanalın məlumatına görə, hazırda xəsarət alanlar barədə məlumat yoxdur.