ABŞ Livan "Hizbullah"ın müxtəlif maliyyə kanallarının aşkarlanmasına və pozulmasına səbəb olan məlumatlara görə 10 milyon dollara qədər mükafat təklif edib.
Müvafiq elan Dövlət Departamentinin veb saytında yerləşdirilib.
Dövlət Departamenti ABŞ-ın Livandakı əsas məqsədinin Hizbullah silahlı dəstələrinin tamamilə tərksilah edilməsi və Livan hökumətinin ərazisi üzərində tam və eksklüziv nəzarətinin bərpası olduğunu vurğulayıb.