Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay şəhəri ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
APA xəbər verir ki, Göyçayda yeşik sexində baş verən güclü yanğın yaxınlıqda yerləşən iki fərdi yaşayış evinə keçib.
Nəticədə vətəndaşlara məxsus evlərə zərər dəyib. Evlərdəki bəzi əşyalar və yanar konstruksiyalar tamamilə yanaraq yararsız hala düşüb.