ABŞ Dövlət Departamenti Mərakeşlə Stinger raketlərinin tədarükü ilə bağlı mümkün sazişi təsdiqləyib.
Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə Pentaqonun bəyanatına istinadən xəbər verir.
Bildirilir ki, Dövlət Departamenti təxmini dəyəri 825 milyon dollar olan FIM-92K Stinger Block I raketlərinin və müvafiq avadanlığın Mərakeş Krallığına potensial Xarici Hərbi Satışını təsdiqləyib.
Bundan əlavə, Dövlət Departamenti 120 milyon dollar dəyərində TH-73A Thrasher helikopterlərinin Filippinə çatdırılmasını təsdiqləyib.