"Ana itirmişəm ANA yaşında"

12:18 - 15 Aprel 2025 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, "Səni axtarıram" verilişinin müəllifi və aparıcısı, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının anası vəfat edib.

Ucnoqta.az xəbər verir ki, teleaparıcı sosial şəbəkə hesabında anası ilə bağlı paylaşım edib. 

X.Hidayətqızı paylaşımında Məmməd Arazın şeirini yazıb:

"Daha gəlməyəcək anamın səsi
Mənə də taleyin yumruğu dəydi.
Düzü, xatirimə dəyir, bəzisi
Soruşur mərhumun yaşı neçəydi? 

Bilmirəm, düşmüşdü, saçlarına dən.
Dolaşır suallı cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ANA yaşında".


Xəbər xətti