Paşinyan Moskvadakı paradda iştirak edəcək

14:30 - 15 Aprel 2025 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək, çünki Böyük Vətən Müharibəsində qazanılan qələbə həm də erməni xalqının qələbəsidir.

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan brifinqdə məlumat verib.

"Bu, həm də bizim qələbəmizdir, qələbə üçün 300 min erməni həlak olub, çoxlu erməni müttəfiqlərin ordularında vuruşub. Paşinyanın mayın 9-da Moskvaya səfəri nə Aİ, nə də başqa məsələlərlə bağlıdır".
– Simonyan qeyd edib.

Xəbər xətti