Kanada hakimiyyəti ABŞ-la yeni hərtərəfli ticarət sazişi bağlamaq istəyir.
Ucnoqta.az xəbər verir ki, baş nazir Mark Karni bunu Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə deyib.
"Bizə amerikalılarla yeni saziş lazımdır. Bu, fundamentaldır. Amerikalılarla bu hərtərəfli ticarət razılaşmasına ehtiyacımız var", - baş nazir deyib.
Karni vurğulayıb ki, Ottava və Vaşinqton arasında bu məsələ ilə bağlı qarşıdan gələn danışıqlar son dərəcə əhəmiyyətli olacaq.