Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.
Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə İspaniya "Barselona"sı Almaniya "Borussiya"sının qonağı olacaq. Xatırladaq ki, komandalar arasında ilk oyun ispanların 4:0 qələbəsi ilə yekunlaşıb.
Günün ikinci qarşılaşması PSJ "Aston Villa" arasında baş tutacaq. Bu komandalar arasında ilk qarşılaşma fransız klubunun 3:1 hesablı qələbəsi iləı bitib.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya) (ilk oyun - 0:4)
23:00. "Aston Villa" (İngiltərə) - PSJ (Fransa) (ilk oyun - 1:3)
Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.