Təyyarə qəzasında bütün sərnişinlər həlak olub

07:56 - 15 Aprel 2025 - HADİSƏ

ABŞ-ın Nyu-York ştatında bazar günü qəzaya uğrayan yüngül təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub

Ucnoqta.az-ın məlumatına görə, NBC rəsmilərə istinadən xəbər verir.

"Şənbə günü Nyu-Yorka ikinci dəfə enməyə cəhd edən şəxsi təyyarə qəzaya uğrayıb", - telekanal rəsmilərə istinadən bildirib.

Qeyd olunur ki, təyyarənin göyərtəsində altı nəfər olub, onlar planlaşdırılan ailə şənliyinə uçurdular.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) sözçüsü Todd İnman bildirib ki, təyyarə yüksək sürətlə yerə çırpılıb və pis deformasiyaya uğrayıb.

Xəbər xətti