Məşhur alman lüks avtomobil istehsalçısı İFLAS OLDU

00:02 - 15 Aprel 2025 - AVTO

 Almaniyanın dəbdəbəli avtomobil istehsalçısı “Isdera” iflas elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Az miqdarda bahalı sifarişli avtomobillər istehsal edən şirkət 40 ildən çoxdur fəaliyyət göstərir. 1982-ci ildə Leonberqdə avtomobil dizayn mühəndisi Eberhard Şulz tərəfindən təsis edilmişdir. Onun ofisi hazırda Sent-İnqbertdə (Saarland) yerləşir.

"Isdera" avtomobilləri hərraclarda 1 milyon avrodan çox qiymətə satılıb. Məsələn, "Commendatore 112i" modeli 2021-ci ildə 1,2 milyon avroya satıldı. 2016-cı ildə Şulz "Isdera"nı Çin tərəfdaşları ilə elektrik avtomobili hazırlayan Sinfonia Automotive AG şirkətinə satdı. 

Nəşr qeyd edir ki, iflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.

Xəbər xətti