Rusiya Gürcüstanla münasibətlər qurmağa hazırdır, həmçinin buna hazır olan bütün ölkələrlə yaxşı münasibətlərdə maraqlıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, dəqiq müddətlər yoxdur, lakin Rusiyanın münasibətləri normallaşdırmaq üçün addımlar atmağa həqiqətən hazır olması faktı doğrudur. Biz hazır olan və bunu istəyən bütün ölkələrlə yaxşı münasibətlər qurmaqda maraqlıyıq", - Kreml nümayəndəsi qeyd edib.