Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 15 ölkənin yeni pandemiyaya hazırlığını yoxlamaq üçün təlim keçirib.
Ucnoqta.az xəbər verir ki. bu barədə Teleqraf qəzeti məlumat yayıb.
Uydurma virusa "mamont pox" adı verildi, çünki məşq ssenarisinə görə, onun yayılması alimlərin Arktikada yunlu mamont qalıqlarını aşkar etdikdən sonra baş verib. Qeyd edilir ki, virus öz dizaynına görə 2023-2024-cü illərdə bir sıra Afrika ölkələrində yayılma halları qeydə alınan mövcud “meymun çiçəyi”nə bənzəyir.
Təlimdə xəstəxanaların həftələrlə sıxlaşdığı və müxtəlif ölkələrdəki səhiyyə sistemlərinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi ssenarilər də daxil idi.
Bəzi ölkələr ciddi karantinlər tətbiq ediv, digərləri isə "minimal məhdudiyyətlərlə açıq sərhədlər" strategiyasını seçib.