Amerikanın Texas ştatının Dallas şəhərində məktəbdə atışma baş verib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə CBS News xəbər verir.
Nəşr qeyd edir ki, məktəbdə atışma olması barədə zəng polisə saat 13:10-da daxil olub. Hadisə yerinə tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları atəş açaraq digər şagirdi yaralayan məktəb şagirdlərindən birini axtarır.