Çində lazer silahları ilə təchiz edilmiş qırıcı təyyarənin yeni modeli reklam çarxında təqdim olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “IntelliNews” Telegram kanalı məlumat yayıb.
Videodan görünür ki, J-36 təyyarəsinin gövdəsində gizlədilmiş, lazer şüası ilə düşmən raketlərini vura bilən silahlar var.
Çinin döyüş təyyarələri üçün operativ lazer silahı texnologiyasına sahib olub-olmaması və ya bunun perspektiv inkişaf olub-olmadığı hələlik bəlli deyil.