Kaliforniya ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Julian şəhərindən 4 km cənubda yerləşib. Ocaq 13,4 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.