Ucnoqta.az
www.ucnoqta.az

Kaliforniyada 5,1 bal gücündə zəlzələ baş verib

21:59 - 14 Aprel 2025 tarixində dərc olunub.

Kaliforniya ştatında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Julian şəhərindən 4 km cənubda yerləşib. Ocaq 13,4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası