ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bazar ertəsi planlaşdırılan andiçmə mərasimi öncəsi Ağ Evin qonaq iqamətgahı olan Blair House-da dayanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublikaçılar yaxın olan jurnalistlər məlumat verib.
Tramp həyat yoldaşı Melaniya və kiçik oğlu Barronla birlikdə şənbə günü ABŞ vitse-prezidentinin bəzən səyahət üçün istifadə etdiyi xüsusi hökumət Boeing 757-200 təyyarəsi ilə Floridadan uçub və Vaşinqton yaxınlığındakı Dulles Beynəlxalq Hava Limanına enib. Sonra isə Virciniyadakı Trump Sterling Club-da qolf oynamağa gedib.
Orada Tramp 500 qonağı, o cümlədən Pentaqon və Daxili Təhlükəsizlik rəhbərləri postlarına namizədləri Pit Heqset və Kristi Noem üçün qəbul təşkil edib.
Axşam saatlarında Tramp, xanımı və qonaqları atəşfəşanlığa baxıblar. O, daha sonra Blair House-a yollanıb.
Bazar günü seçilmiş prezident Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığında əklil qoyma mərasimində iştirak edəcək, sonra Vaşinqtonun mərkəzindəki Capital One Arenada iclas keçirəcək.