Şimali Koreya səsdən 12 dəfə sürətlə uçan yeni ballistik raketi sınaqdan keçirib - FOTO

11:27 - 7 Yanvar 2025 - DÜNYA

Şimali Koreya səsdən 12 dəfə sürətlə uçan yeni ballistik raketi uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilir ki, Şimali Koreyanın bazar ertəsi 1500 km məsafəni səsdən 12 dəfə sürətlə qət edən raket buraxdığı bildirilir.
Raket təxminən 100 km yüksəkliyə çatıb, sonra şərq sahillərindəki hədəfə dəqiq zərbə vurmaq üçün manevr edərək 42,5 km-ə enib.
Buraxılış ABŞ dövlət katibi Entoni Blinkenin Cənubi Koreyaya səfəri ilə eyni vaxta təsadüf edib.


Xəbər xətti