Vüqar Qurbanov həkimi yüksək vəzifəyə təyin etdi

16:29 - 7 Yanvar 2025 - Cəmiyyət

Göyçay Xəstəxanasına direktor müavini-baş  həkim təyin edilib.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Sözügedən vəzifə Aqşin İsayevə həvalə olunub. 

O, daha əvvəl Yeni Klinikada, Kliniki Tibbi Mərkəzdə və bir sıra özəl xəstəxanalarda həkim-anestezioloq-reanmatoloq işləyib.

Xəbər xətti