Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq - Trudo

00:01 - 8 Yanvar 2025 - DÜNYA

Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq

Ucnoqta.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trudo deyib. Trudo ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacağını deyib. "Kanadanın ABŞ-ın bir hissəsi olması üçün ən kiçik şans yoxdur" - hökumət başçısı X-də yazıb. Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.
Qeyd edək ki, Donald Tramp Kanadanın ABŞ-a qoşulacağı təqdirdə ona ikiqat vergi endirimi edəcəyini vəd edib.

Bildirib ki, Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq və onlar heç bir başqa ölkədə olmadığı kimi qorunacaqlar.

Xəbər xətti