Braziliyanın şimal-şərqində avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, 19 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.
Tianqua şəhərindən (Seara ştatı) San-Paulu şəhərinə gedən avtobusda 42 sərnişin, o cümlədən sürücü və onu əvəz edən şəxs olub.
Zərərçəkənlər xəstəxanalara çatdırılıb.
Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
İlkin məlumata görə, qəzaya səbəb sürücünün diqqətsizliyi olub.