Hind okeanında yeni siklon yaranıb

00:01 - 8 Yanvar 2025 - DÜNYA

Hind okeanının mərkəzi hissəsində Dikeledi adlı yeni tropik siklon yaranıb və yanvarın 11-də Madaqaskar sahillərinə çata bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə TVM Madaqaskar Meteoroloji Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakət əvvəlcə Reunion, Sen-Brandon, Tromelin, daha sonra isə Madaqaskar adalarını vura bilər. Ölkənin şimal-şərqində Sava, Sufia, Ambatusua, Analanzirufu şəhərlərini əhatə edən qasırğalı küləklər və güclü yağışlar gözlənilir.
Məhz bu bölgə 2024-cü ilin martında Qamane siklonu zamanı güclü daşqınlarla üzləşdi.
O zaman 20-yə yaxın insan həlak olub, mühüm infrastruktur obyektləri dağıdılıb.

Xəbər xətti