ABŞ və Britaniya husilərin Səna və Yəməndəki hədəflərini vurub

16:16 - 8 Yanvar 2025 - DÜNYA

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada üsyançıların nəzarətində olan Ənsar Allah hərəkatının husilərin hədəflərinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin şimal-qərbində yerləşən Amran vilayətində husilərin hədəfləri də atəşə tutulub.

Xəbər xətti