Qonşusu tərəfindən dəmir parçasıyla döyülən qadın öldü

09:32 - 8 Yanvar 2025 - HADİSƏ

Sumqayıtda qonşular arasında mübahisə zamanı dəmir parçasıyla döyülən qadın ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə 5 yanvar tarixində şəhərin Xəzər bağlarında qeydə alınıb.

1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu,1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Mehparə Ələkbərova bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti