Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ilə görüş keçirib və görüş zamanı bildirib ki, ikitərəfli və çoxtərəfli Özbəkistan-Azərbaycan münasibətləri misilsiz inkişaf edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan diplomatiyasının rəhbəri Telegram kanalında yazıb.
“2025-ci ildə iki ölkənin xarici işlər nazirlikləri müxtəlif sahələrdə ambisiyalı əməkdaşlıq gündəmini təşviq etmək üçün birgə işləyəcəklər”, - nazir qeyd edib.