ABŞ-da yerləşən Meta şirkəti "ifadə azadlığını bərpa etmək" üçün faktların yoxlanılması proqramını dayandırdığını və Facebook və Instagram da daxil olmaqla platformalarında nitq məhdudiyyətlərini ləğv etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mark Zukerberq videomüraciətində bildirib.
"Biz səhvləri azaltmağa, qaydaları sadələşdirməyə və platformalarda ifadə azadlığını bərpa etməyə diqqət yetirmək üçün köklərimizə qayıdırıq. Daha konkret desək, biz fakt yoxlayıcılarından qurtulacağıq və onları Platform X-də istifadə olunanlara oxşar icma işarələri ilə əvəz edəcəyik" - Zukerberq deyib.
Şirkət həmçinin mövcud məzmun moderasiyası təcrübələrinin "həddindən artıq irəli getdiyini" etiraf edib.