Yanvarın 7-də birja ticarəti zamanı Avropada qazın qiyməti min kubmetr üçün 500 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, London ICE birjasının məlumatlarına görə, günün əvvəlindən ümumi qiymət azalması təxminən 2% təşkil edir.
Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 min kubmetr üçün 495,6 dollara düşüb və ya MVt/saat üçün 46 avro.