ABŞ istehsalı olan “Global Hawk” kəşfiyyat pilotsuz uçuş aparatı Leninqrad və Pskov vilayətləri yaxınlığında görüntülənib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə SHOT xəbər verir.
Portalın məlumatına görə, FORTE12 kimi tanınan Amerika pilotsuz uçan aparatı Estoniya ərazisi üzərində Kanepi kəndindən Kiviõli şəhərinə qədər dövrə vurur.
Onun marşrutu Rusiya sərhədi boyunca 151 km uzanırdı.
Ehtimal olunur ki, pilotsuz təyyarə Ukrayna Silahlı Qüvvələri üçün məlumat toplayır. Məlumdur ki, “Hawk” iki gün əvvəl NATO-nun İtaliyanın Siciliyasındakı Siqonella hərbi-dəniz hava bazasından havaya qalxıb, daha sonra Yunanıstan, Bolqarıstan, Macarıstan, Rumıniya, Slovakiya, Polşa, Litva, Latviya üzərindən keçərək Estoniyada qalıb.