Manatın məzənnəsini inzibati qaydada, əmrlə, qərarla sabit saxlamaq getdikcə daha da çətinləşəcək...
Ucnoqta.az xəbər verir ki, bu barədə Real partiyasını sədri, iqtisadçı Natiq Cəfərli bildirib. Natiq Cəfərli qeyd edir ki, 2024-cü ilin 10 ayı ərzində Neft Fondu (yanvar-oktyabr) 5 milyard 919,4 milyon dollar satıb:
"2024-cü ilin 10 ayı ərzində valyuta satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 379,9 milyon dollar və ya 2,3 dəfə artıb.
Mərkəzi Bankın da valyuta ehtiyatları bu ilin 10 ayında 241 mln. dollar azalıb".