Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT

18:35 - 3 Noyabr 2024 - Xəbər

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Dəmiryolservis" MMC-nin direktoru Ədalət Bağırov vəzifəsindən azad edilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Əfsələddin Gəncalıyevə həvalə olunub.

O, indiyə qədər kommersiya qurumunun baş mühəndisi olub.

Xatırladaq ki, "Dəmiryolservis" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.

Xəbər xətti