Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb. Moldovada keçirilən prezident seçkilərində Stoyanoqlo 52,02 faiz, Sandu 47,98 faiz səslə öndədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə MSK məlumat yayıb. Məlumata görə, protokolların 76 faizi işlənib
Qeyd edək ki, seçkilərin ikinci turunda respublikanın hazırkı Prezidenti Maya Sandu və ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo mübarizə aparıb.