Neftin qiyməti 75 dolları ötüb

13:41 - 4 Noyabr 2024 - İQTİSADİYYAT

Neftin qiyməti bahalaşıb

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına əsasən Londonun ICE birjasında Brent markalı neftin qiyməti oktyabrın 25-dən bəri ilk dəfə bir barel üçün 75 dolları ötüb.

Brent fyuçerslərinin qiyməti artaraq 74,98 dollara (+2,57%) ticarət edildi. Eyni zamanda, WTI markalı xam neftin dekabr fyuçersləri 2,78% bahalaşaraq bir barel üçün 71,42 dollar olub.

 - .

Xəbər xətti