İndoneziyada vulkan püskürdü - 6 nəfər ölüb

08:36 - 4 Noyabr 2024 - HADİSƏ

İndoneziyanın Flores adasında vulkan püskürməsi nəticəsində azı 6 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilir ki, Levotobi Ləki-Laki vulkanının püskürməsi noyabrın 4-nə keçən gecə başlayıb və külün 2 min m hündürlüyə yayılması ilə müşayiət olunub.

Təsdiqlənməmiş məlumatlara görə, vulkan püskürməsi nəticəsində evlərin uçması nəticəsində bir neçə nəfər də ölmüş ola bilər.

Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

Xəbər xətti