Qəzzada "İslami Cihad"ın hərbi kəşfiyyatçısı məhv edilib

10:49 - 4 Noyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağına endirdiyi zərbələr zamanı Fələstin radikal İslami Cihad qruplaşmasının hərbi kəşfiyyatının əməkdaşı Əhməd Əd-Dalanı öldürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Əd-Dala 2023-cü il oktyabrın 7-də İsrailə və Kibbutz Kfar Azaya hücumda iştirak edib.

Qeyd olunur ki, onunla birlikdə daha bir terrorçu məhv edilib.

Xəbər xətti