Perulu müdafiəçi Xose Hüqo De la Kruz Meza 35 yaşında futbol matçı zamanı ildırım vuraraq dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
İnsident "Juventud Bellavista" və "Familia Ciocca" klubları arasında Huancayoda (Peru) baş tutan görüşün 23-cü dəqiqəsində baş verib.
Fırtına səbəbindən hər iki komandanın futbolçuları meydanı tərk edib, qapıçının yanında olan müdafiəçini ildırım vurub.
Futbolçuların tez bir zamanda xəstəxanaya aparıldığı, lakin De la Kruz Mezanın artıq öldüyü bildirilir.
Müdafiəçinin yanında olan qapıçı ciddi yanıqlar alsa da, sağ qalıb.