Berbok Kiyevə səfər edib

12:37 - 4 Noyabr 2024 - DÜNYA

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə elan olunmamış səfərlə gəlib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.
Berbok bildiri ki, Almaniya bu yaxınlarda Ukraynaya enerji yardımı üçün əlavə 170 milyon avro ayırmaqla qışdan qorunma çətirini genişləndirib.

O, Ukraynanın Aİ-yə həmişəkindən daha yaxın olduğunu qeyd edib.
“Biz islahat kursunun cəsarətli addımlarını dəstəkləyirik və onları xüsusilə media azadlığı və korrupsiyaya qarşı mübarizə sahəsində təşviq etməyə davam edirik”, - Almaniyanın xarici işlər naziri yekunlaşdırıb.

Xəbər xətti