İspaniyanın baş naziri krala qarşı zorakılığı pisləyib

21:17 - 3 Noyabr 2024 - DÜNYA

İspaniyanın Baş naziri Pedro Sançes Valensiya sakinlərinin daşqınlar səbəbindən çəkdikləri əziyyəti başa düşdüyünü, lakin hər cür zorakılığa qarşı olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, baş nazir kral VI Filip ilə birlikdə ölkənin şərqində yerləşən bölgəyə səfərini şərh edib.
Onun sözlərinə görə, hakimiyyətin əsas məqsədi insanların həyatını xilas etmək və daşqınlar nəticəsində ölmüş ola biləcək insanların cəsədlərini qaytarmaqdır.

Kral VI Felipe həyat yoldaşı Letisiya, Sançes və Valensiya Muxtar İcmasının hökumət başçısı Karlos Meysonla birlikdə ölkənin şərqində daşqınlardan zərər çəkmiş ərazilərə baş çəkib.
Paiport kəndində yerli sakinlər onlara palçıq ataraq “çıxın” və “qatillər” deyə qışqırıblar.
Baş nazir təxliyə edilməli olub və kralın səfəri yarımçıq qalıb. Sançes nümayəndə heyətinin avtomobillərindən birinin şüşələri sındırılıb.

Xəbər xətti