Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ucnoqta.az Naxçıvan şəhərinin yeni icra başçısı Cabbar Musayevin dosyesini təqdim edir:
Cabbar Musayev 1981-ci ildə Naxçıvanda anadan olub. Türkiyədə ali təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə kredit üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. O, iqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışıb, daha sonra Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub.
2016-cı ildən Dövlət Statistika Komitəsində aparat rəhbəri vəzifəsini icra edib. 2021-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Musayev, dövlət qulluğunun müşaviridir.
Ailəlidir, iki övladı var.