Noyabrın 4-də Rusiya və Azərbaycanın hökumət başçıları Mixail Mişustin və Əli Əsədov telefon danışığında Rusiya-Azərbaycan ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında məlumat verilib.
Məlumata görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.
Hökumətin məlumatına görə, sənaye və nəqliyyat infrastrukturu sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib.