Mozambikdə "Çido" siklonu nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb, daha 868 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Radio Moçambique” radiostansiyası Fəlakətlərin İdarə Edilməsi və Azaldılması üzrə Milli İnstitutun məlumatlarına istinadən məlumat yayıb.
Bundan əlavə, saatda 260 km-ə çatan qasırğalı küləklər və dekabrın 15-19-da Mozambikdə yağan yağışlar 118 mindən çox yaşayış binasını, 52 xəstəxananı və 35 kilsəni dağıdıb. 687 min mozambikli Kabo Delqado, Nampula, Niassa, Tete və Sofala əyalətlərində qaçqın vəziyyətinə düşüb.
Siklon dekabrın 7-8-də Hind okeanının cənub-şərqində yaranıb.