“Qadın toyları gəlib keçdi kişi toyuna. Klarnet, nağara var, onlarla oynamaq olar. Oxumaqla oynamaq olmaz”.
Ucnoqta.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Alim Qasımov “Rəngarəng” verilişində deyib.
Xanəndə bildirib ki, toylarda çıxış edərkən qonaqların rəqs etməsini sevmir:
“Qadın toyuna yaraşır, kişi toyuna yox. Mən oxuyum, o oynasın? Elə şey var?! Mən dözmərəm. Pul da versə, dözmərəm. Nəyinsə xatirinə bir-iki mahnı oxuyaram. Qadın toylarında musiqi aləti çalırdılar, qadın oxuyanları isə aparıcılıq edirdi”.