"Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib".
Bunu Mərkəzi Seçki Komissiyasının bugünki iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.
O qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb.
Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.///lent.az