İranın Dəməşqdəki səfirliyinin texniki əməkdaşı dekabrın 15-də onun maşınına terrorçuların hücumu nəticəsində həlak olub.
Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
Məlumata görə, dekabrın 15-də terrorçular İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfinin avtomobilini atəşə tutub.
Nəticədə o, həlak olub.