“1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi aparılıb”.
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə yazıb. Paşinyan qeyd edib ki, danışıqlar prosesinin başqa məzmunu yox idi.
“Bu kontekstdə mən böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıda deyilənləri özümə etiraf etmədim (bildiyiniz modelin vətənpərvərliyim bunu etməyə imkan vermədi) və ona görə də mən bütün bunları xalqa izah etməmişəm”, - Paşinyan qeyd edib.