ICE birjasında Brent markalı xam neftin qiyməti 9 martdan bəri ilk dəfə bir barel üçün 113 dolları keçib.
Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin may ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 9 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 113 dolları keçib.
Nəlumata görə, Brent markalı xam neftin qiyməti 5,37% artaraq bir barel üçün 113,15 dollara çatıb.
Bu arada, 2026-cı ilin may ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 1,08% artaraq bir barel üçün 96,49 dollara çatıb.