Ucnoqta.az
www.ucnoqta.az

Neft sürətlə bahalaşır - 113 dolları da keçdi

10:07 - 19 Mart 2026 tarixində dərc olunub.

ICE birjasında Brent markalı xam neftin qiyməti 9 martdan bəri ilk dəfə bir barel üçün 113 dolları keçib.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Londonun ICE birjasında 2026-cı ilin may ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 9 mart 2026-cı ildən bəri ilk dəfə bir barel üçün 113 dolları keçib.

Nəlumata görə, Brent markalı xam neftin qiyməti 5,37% artaraq bir barel üçün 113,15 dollara çatıb.

Bu arada, 2026-cı ilin may ayında çatdırılma üçün WTI markalı xam neftin fyuçerslərinin qiyməti 1,08% artaraq bir barel üçün 96,49 dollara çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası