Çilidə məktəbdə partlayış - 35 şagird xəsarət alıb

00:26 - 24 Oktyabr 2024 - DÜNYA

Çilinin paytaxtında internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində azı 35 şagird xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bBu barədə Bio Bio radiostansiyası məlumat yayıb.

Məlumata görə, məktəblilər təhsil müəssisəsinin tualetində “Molotov kokteyli” hazırlayıblar.
Molotov kokteyli yığılan elementlərlə ehtiyatsız davranma nəticəsində yanğına səbəb olan partlayış baş verib.
 11 məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onlardan 4-nün xəsarəti həyati təhlükəsi qiymətləndirilir. 

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma aparır.

Xəbər xətti