Ancelina Coli yenidən evli reper ilə tədbirdə görüntülənib

00:32 - 23 Oktyabr 2024 - MAQAZİN

Ancellina Coli və reper Akala yenidən eyni tədbirdə görüntülənib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurlar bir-birindən ayrı gəlsələr də, onların eyni paltar geyindiklərini müşahidə edilib.
İzləyicilər Ancelina Colini reper Akalanın sevgilisi Şanel Nyumanla münasibətlərini pozmağa çalışmaqda ittiham etməkdə davam edir.

Uzun müddətdir ki, məşhurlar arasında dostluqdan başqa bir şey olmadığı barədə danışılır, lakin nə Coli, nə də Akala bu əlaqəni təsdiq etmir. Bu arada, hər ikisi birlikdə olmasa da, heç olmasa bir-birindən ayrı olaraq eyni tədbirlərdə görünməyə davam edir.

Belə ki, Coli və reper Londonda aktrisa ilə yeni filmin premyerasına qatılıb. İstifadəçilər məşhurların bir-birinə uyğun libaslar geyindiklərini müşahidə ediblər.
Bu münasibətlə Coli tədbirə möhtəşəm qara üç parçalı kostyumda gəlib.

Reper də öz növbəsində Colinin geyiminə uyğun kostyum seçib.
Sun-a görə, Coli və Akala artıq münasibətlərin yeni səviyyəsinə keçiblər. İddialara görə, aktrisa ötən həftə musiqiçini otel otağına aparıb. Nəticədə cütlük gecəni birlikdə keçirib.
Aktrisa gəldikdən iki saat sonra Akalanın ona qoşulduğu və gecəni onunla keçirdiyi bildirilir.

Xəbər xətti