"Qarabağ"ın oyununa satılan biletlərin sayı açıqlanıb

16:53 - 21 Oktyabr 2024 - İDMAN

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa bilet satışı davam edir.

Ucnoqta.az xəbər verir ki, matça 20200 bilet satılıb. Oktyabrın 24-ü saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

 Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

 Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Xəbər xətti